Roma papası Fransisk İraqa səfər edəcək.
Mediainfo.az xəbər verir ki, bu, papanın İraqa tarixdə ilk səfəri olacaq. Səfər 5-8 mart tarixləri arasında baş tutacaq. Səfərin əsas məqsədi İraq xristianlarına dəstəkdir. O, Bağdadda xristian nümayəndələri ilə görüşəcək. Bundan başqa onun İraq şiələrinin lideri ayətullah Əli Sistani ilə görüşü də baş tutacaq.
Xatırladaq ki, səfərin anonsu ötən ildən verilmişdi və papa səfərinin səbəbini açıqlayaraq demişdi: İraq barədə fikirləşdiyim zaman həmişə İraqdan və digər yaxın şərq ölkələrində çıxarılan xristianlar yadıma düşür. İraqda yaşayan bir neçə yüz minlik xristian əhali İŞİD-in hücumu zamanı çox əziyyətlər çəkdilər. Amma İŞİD-in məğlubiyyətindən sonra yenə də azadlıq əldə ediblər. İraqda onların çoxlu kilsələri var.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































