"Dünyanın harasında olursa olsun çevriliş və ya çevriliş cəhdinə qarşıyıq".
Oxuməni.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
"Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyirik", - nazir vurğulayıb.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan xalqı baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçiləri dəstəkləməyə çağırıb.
Bununla bağlı sabiq prezidentlər müvafiq bəyanatla çıxış ediblər.
"Qətiyyətli addımların zamanı gəlib", - onlar vurğulayıblar.
Bununla belə, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan neytral mövqedən çıxış edərək hakimiyyətlə müxalifəti vətəndaş müharibəsindən qaçınmağa çağırıb. Onun sözlərinə görə, vətəndaş müharibəsi nəinki Türkiyə və Azərbaycanın arzusunun çin olmasına yol açacaq, həmçinin erməni xalqının sonunun başlanğıcı olacaq.
Erməni kilsəsi isə, öz növbəsində, son olayları narahatlıqla izlədiyini açıqlayıb. Eçmiədzin vəziyyətin mümkün gərginləşməsini yolverilməz və zərərverici olduğunu hesab edir. Kilsə prezident, baş nazir, hökumət üzvləri və siyasi qüvvələrin liderlərini vəziyyətin həlli yollarını danışıqlar masası arxasında axtarmağa çağırıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































