Normal təfəkkürlü insanlar nikaha girərkən ilk növbədə ailə qurmağı, uşaqlarının olmasını, onları tərbiyə edib cəmiyyətə yararlı fərd yetişditməyi düşünür. Buna görə də toy işıqlı, müsbət bir təntənəli mərasim hesab olunur. Bu cür gözəl mərasimi nasist ideologiyalı bir tədbirə çevirmək həmin cəmiyyətin uçurumun bir addımlığında olmasının bariz nümunəsidir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bir neçə gündür Xankəndidə “artsax”ın qondarma “hökuməti” tərəfindən toy mərasimi keçirilməsi və orada mehrabın qarşısında gül və hədiyyələr əvəzinə cütlüklərə odlu silahlar hədiyyə edilməsinə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin sözlərinə əsasən, nikah zamanı cütlüklərə gül əvəzinə avtomat və tapança təqdim edilməsi həmin cəmiyyətin şüurunun nə qədər çürüməsinin göstəricisidir:
“Analoji faşist düşüncəli təvəkkürlə bu və digər cəmiyyəti yaxşı heç bir şey gözləyə bilməz. Orada ailə dəyərləri əvəzinə müharibə, zorakılıq təbliğ edilir. Bu tip addımlarla onlar yaxşı heç nə əldə etməyəcək”, - deyə Korotçenko vurğulayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































