Ən çox qərarları ləğv olunan hakimlərin adı məlum olub.
Mediainfo.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Ali Məhkəmənin ilin yekunlarına dair keçirilən Plenum iclasındakı hesabatında məlumat verib.
O bildirib ki, Ali Məhkəmədə bəzi birinci instansiya məhkəməsinin hakimlərinin verdiyi qərarlar ləğv edilib: "Ali Məhkəmədə mülki işlər üzrə Bakı Apelyasiya Məhkəməsinin qərarlarının 22 faizi, Gəncə Apelyasiya Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının 21 faizi, Şirvan Apelyasiya Məhkəməsinin qərarlarının 19,7 faizi, Şəki Apelyasiya Məhkəməsinin qərarlarının 22,5 faizi ləğv edilib”.
S. Hacıyev həmçinin ən çox qərarları ləğv edilən hakimlərin də adını çəkib: “ Bakı Apelyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun çıxardığı qərarların 33 faizi, Gəncə Apelyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyevin qərarlarının 27 faizi, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun qərarlarının 28 faizi, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin qərarlarının 21 faizi, Şəki Apelyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin qərarlarının 28 faizi Ali Məhkəmə tərəfindən ləğv edilib” – deyə kollegiya sədri bildirib.
S. Hacıyev hakimləri qərar çıxararkən daha diqqətli olmağa çağırıb.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































