Bakı metrosunun fəaliyyəti bərpa olunduqdan sonra stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçüləcək.
Mediainfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, sərnişinlərin hərarəti seçmə üsulu ilə ölçüləcək: “Günün pik saatlarında bütün sərnişinlərin hərarətini ölçmək mümkün olmayacaq. Bakı metrosunun xüsusi təlimat keçmiş stansiya işçiləri bu işə cəlb olunacaqlar. Zahirən virus təhlükəsində şübhəli bilinən sərnişinlərin hərarəti yoxlanacaq. Hərarəti olan sərnişinlər metroya buraxılmayacaq.
Ümumiyyətlə, sərnişinlərimiz sanitar-gigiyenik normaların tələblərinə nə qədər çox düzgün riayət etsələr, “Bakı Metropoliteni”nin fəaliyyəti bir o qədər təhlükəsiz və rəvan qaydada davam etdiriləcək”.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































