Sağlamlıq üçün ən vacib şərtlərdən biri də maye qəbuludur, fərqi yoxdur- istər su, istər çay, istərsə də kofe olsun. Çayın müxtəlif növləri var. Ən çox içilən isə qara və yaşıl çaydır.
Mediainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı deyib: “Qara çayın tərkibində kofein və antioksidantlar var və gün ərzində onun 2 stəkandan artıq içilməsi məsləhət görülmür. Günün birinci yarısı qəbul edilməsi daha yaxşıdır. Əgər artıq çəki və mədə-bağırsaq traktında problemlər varsa, qara çaydan az, sudan çox istifadə etməyə çalışmaq lazımdır. Qara çay dəmirin orqanizmə sorulma prosesini ləngidir. Anemiyası olanlar qara çay içməkdən çəkinməlidirlər, onun ət yeməklərindən sonra da qəbul edilməsi məsləhət deyil. Çayın qənd, konfet, mürəbbə və digər şirniyyat növləri sağlamlıq üçün zərərlidir”.
Müsahibimiz qara çayın bədəndəki mayeni qovduğunu və buna görə də yarım saat sonra balansı qorumaq üçün mütləq su içilməsinin vacibliyini də qeyd edib. Onun dediyinə görə, qara çaya daha çox üstünlük verilsə də, yaşıl çay onunla müqayisədə orqanizm üçün daha faydalıdır: “Yaşıl çayın tərkibində antioksidant maddələr bədəni təmizləyir, mədə-bağırsaq traktının fəaliyyətini gücləndirir, sorulma prosesini artırır. Gün ərzində 3 fincandan artıq yaşıl çay içmək məsləhət görülmür”.
Təzyiqi aşağı olanların yaşıl çay, təzyiqi yuxarı olanların qara çay içməsi məsləhət deyil.
Yaşıl çayın daha bir üstünlüyü isə qara çayın tərkibindəki kofein və taminə malik olmamasıdır. Hansı növün içilməsi isə əslində elə də vacib deyil. Əsas odur ki, orqanizmə zərər vurmasın və normada qəbul edilsin. Daha yaxşı olar ki, çobanyastığı, melisa və digər bitki çaylarının qəbuluna üstünlük verilsin.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































