Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.
Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.
Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































