Bakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb.
“Bakı Metropoliteni” QSC-dən Mediainfo.az-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 4 avqust tarixli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarı ilə metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddətini avqustun 31-dək uzadıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə 2020-ci il iyul ayının 3-də “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarı ilə iyunun 19-da verdiyi Qərara dəyişiklik edərək, Bakı metropolitenində sərnişindaşıma fəaliyyətini 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırmışdı.
İyul ayının 17-də qurumun qəbul etdiyi “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, iyulun 3-də qəbul edilmiş Qərarda müvafiq dəyişiklik edilmiş və Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 5-dək uzadılmışdı.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































