Hesab edirəm ki, avqustun 5-də sərt karantin rejimi nisbətən yumşaldılmalıdır.
Bunu Mediainfo.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, gündəlik yoluxma statistikasının uzun müddət 300-400 arasında olması o qədər də qənaətbəxş deyil:
“Gündəlik yoluxma statistikası uzun müddətdir ki, stabil olaraq qalır və azalma müşahidə edilmir. 300-400 arasında olan bu göstərici çox olmasa da, narahatlıq yaradır. Belə olan halda insanların sıx toplaşdığı metro və iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpa edilməsi məqsədəuyğun olmaz. Müəyyən müddət gözləmək və epidemoloji rəqəmləri nəzərdən keçirmək lazımdır. Lakin kiçik ticarət mərkəzləri fəaliyyətə başlaya bilər”.
Vüqar Cavadzadə onu da qeyd edib ki, avqustun 5-dən sonra test nəticələri neqativ olan şəxsləri rayonlara buraxmaq olar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































