Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək.
Mediainfo.az xəbər verir ki, bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. Baş nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq.
Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































