18 iyulda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.
18 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 18-19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































