Finlandiyalı alimlərin apardığı yeni araşdırma uşaqların ekran qarşısında uzun müddət qalmasının onların inkişafına mütləq mənfi təsir göstərdiyi barədə geniş yayılmış fikri şübhə altına alıb.
Tədqiqatçılar müəyyən ediblər ki, bir neçə il ərzində ekran qarşısında daha çox vaxt keçirən uşaqlar yeniyetməlik dövründə koqnitiv testlərdə daha yaxşı nəticələr göstəriblər. Oxuməni. az xəbər verir ki, bu barədə “Inc” yazır.
“Pediatric Exercise Science” jurnalında dərc olunan araşdırmanın nəticələrində vurğulanır ki, bu məlumatlar uşaqların smartfon, planşet və ya kompüter qarşısında mümkün qədər çox vaxt keçirməli olduğu anlamına gəlmir. Əsas amil uşağın ekran qarşısında məhz nə ilə məşğul olmasıdır.
Qeyd olunur ki, alimlər 6-9 yaş arası 260 uşağın məlumatlarını təhlil edib və onları 8 il ərzində müşahidə ediblər. Tədqiqatçılar iştirakçıların fiziki aktivliyini, oturaq davranışlarını və ekran qarşısında keçirdikləri vaxtı qiymətləndiriblər. Yeniyetməlik dövründə uşaqların öyrənmə, diqqət və işçi yaddaş qabiliyyətlərini qiymətləndirməyə imkan verən koqnitiv testlər keçirilib.
Ən gözlənilməz nəticə uşaqlıqdan yeniyetməlik dövrünə qədər ümumi ekran vaxtının daha çox olmasının koqnitiv testlərdə daha yaxşı nəticələrlə əlaqəli olması olub.
“Bizi ən çox təəccübləndirən məqam uşaqlıqdan yeniyetməlik dövrünə qədər ekran qarşısında daha çox ümumi vaxt keçirilməsinin yeniyetməlik dövründə koqnitiv testlərdə daha yaxşı nəticələrlə əlaqəli olması idi”, – tədqiqatın müəllifi Petri Yalanqo bildirib.
Tədqiqatçıların sözlərinə görə, qadcetlərdən istifadəni özlüyündə birmənalı şəkildə zərərli hesab etmək olmaz. Burada əsas əhəmiyyət daşıyan uşaqların ekranda hansı məzmuna baxması və ya hansı fəaliyyətlə məşğul olmasıdır.
Ekspertlər valideynlərə və müəllimlərə uşaqları rəqəmsal cihazlardan təhsil, yaradıcılıq, müxtəlif məsələlərin həlli və aktiv düşünmə tələb edən digər fəaliyyətlər üçün istifadə etməyə təşviq etməyi tövsiyə ediblər.
Bununla belə, alimlər ekran vaxtına qoyulan məhdudiyyətlərdən imtina etməyə çağırmırlar. Onların fikrincə, rəqəmsal fəaliyyətlər balanslaşdırılmış həyat tərzinin bir hissəsi olmalıdır.
Araşdırmada oğlan və qızlar arasında müəyyən fərqlər də aşkarlanıb.
Qızlarda uşaqlıq dövründə aşağı intensivlikli fiziki aktivliyin daha yüksək səviyyədə olması yeniyetməlik dövründə işçi yaddaşın daha yaxşı göstəriciləri ilə əlaqələndirilib. Oğlanlarda isə oxşar əlaqə təlimatçı rəhbərliyi altında daha çox fiziki aktivliklə müşahidə olunub.
Eyni zamanda alimlər daha bir gözlənilməz nəticə əldə ediblər: uşaqlıq dövründə müstəqil fiziki aktivliyin daha az olması bəzi hallarda yeniyetməlik dövründə koqnitiv testlərin daha yaxşı nəticələri ilə əlaqələndirilib.
Tədqiqatçılar bildiriblər ki, bu nəticələr ilkin gözləntilərin əksinə olub və əlavə araşdırma tələb edir.
Uşağın normal inkişafı üçün mütəxəssislər rəqəmsal fəaliyyətlər, fiziki aktivlik, düzgün qidalanma və kifayət qədər yuxu arasında balansın qorunmasını tövsiyə edirlər.
Tədqiqatçıların sözlərinə görə, ən faydalı yanaşma qadcetləri tamamilə qadağan etmək deyil, uşağın ekrandan necə istifadə etdiyinə və rəqəmsal fəaliyyətlərin onun gündəlik həyatında hansı yeri tutduğuna diqqət yetirməkdir.
Almaz Həsənli
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb.jpg)


.jpg)

.jpg)





.jpg)











































