Şəhərlərdə ali təhsilli əhalinin payı kəndlərdən təxminən iki dəfə çoxdur.
Moderin.az xəbər verir ki, Azərbaycanda şəhər və kənd əhalisinin təhsil səviyyəsi arasında nəzərəçarpacaq fərqlər mövcuddur.
Rəsmi statistikaya əsasən, ölkə üzrə əhalinin 23,2 faizi ali təhsillidir. Məlumata görə, şəhər əhalisinin 29,5 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 15,8 faiz təşkil edir. Orta ixtisas və texniki-peşə təhsilli əhalinin payı şəhərlərdə 24,9 faiz, kəndlərdə isə 19,0 faizdir. Bununla yanaşı, ümumi tam orta təhsilli əhalinin payı kənd yerlərində daha yüksəkdir.
Belə ki, kənd əhalisinin 54,9 faizi, şəhər əhalisinin isə 41,4 faizi ümumi tam orta təhsilə malikdir. Ümumi orta təhsilli əhalinin xüsusi çəkisi şəhərlərdə 4,0 faiz, kəndlərdə 9,5 faiz təşkil edir. Statistikaya əsasən, kişilər arasında ali təhsillilərin payı şəhərlərdə 30,1 faiz, kəndlərdə isə 15,6 faizdir.
Qadınlar üzrə göstəricilərə gəlincə, şəhər yerlərində yaşayan qadınların 28,9 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 16,0 faiz təşkil edir. Ümumi tam orta təhsilli qadınların payı isə şəhərlərdə 41,5 faiz, kəndlərdə 54,1 faiz olub.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























