Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Bibiheybət məscid-ziyarətgah kompleksinin rəhbəri və imamı Rahib Babayevin diplomu tanınmayıb.
"Qaynarinfo" xəbər verir ki, buna səbəb Rahib Babayevin 1992-1997-ci illərdə təhsil aldığı Bakı İslam İnstitutunun lisenziyasız fəaliyyət göstərməsi olub.
Axund məhkəmədə Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. İddiada qeyd edib ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə Bakı İslam İnstitutunun (BİU) - ləğv edilmiş Bakı İslam Universitetinin və hazırkı Azərbaycan İlahiyyat İnstitutunun - fəaliyyəti qanunsuz kimi qiymətləndirilə bilməz.
Nazirlikdən isə bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, Rahib Babayevin diplomunun tanınması yalnız dövlət qeydiyyatına alınmaqla yetərli deyil və digər tələblərə də əməl edilməlidir.
Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil edilməsi, tədris olunan ixtisasların və qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının, buraxılış attestasiya komissiyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, diplom blankları nümunələrinin universitet tərəfindən təsdiqlənməsi, universitetin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda şöbələrinin yaradılması və bu günədək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını göstərir.
Məhkəmə Rahib Babayevin iddiasını təmin etməyib. Onun "dövlət nümunəli diplom blankının inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə göndərilməsi" barədə tələbi də təmin olunmayıb.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































