Bakı nüfuzlu QS "Best Student Cities 2026" reytinqində mühüm uğura imza ataraq dünyanın tələbələr üçün ən yaxşı 100 şəhəri siyahısına daxil olub.
Azerbaycanpolisi.az “Milli.Az”a istinadla xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, Quacquarelli Symonds (QS) tərəfindən hazırlanan 2026-cı il reytinqində Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.
Paytaxt bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.
Reytinqin nəticələrinə əsasən, Bakı Cənubi Qafqazın ən yüksək göstəriciyə malik tələbə şəhəri seçilib. Bundan başqa, Azərbaycan paytaxtı Mərkəzi Asiyanın bir sıra iri şəhərlərini də geridə qoyub. Belə ki, siyahıda Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı yerdə qərarlaşıb.
QS-in "Best Student Cities" reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından qiymətləndirir. Reytinq hazırlanarkən universitetlərin beynəlxalq göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik səviyyəsi, yaşayış və təhsil xərcləri, beynəlxalq tələbələrin sayı, eləcə də tələbələrin şəhərlə bağlı rəyləri əsas meyarlar kimi nəzərə alınır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























