Donald Tramp administrasiyası ABŞ-dən kənarda yaşayan və "Green Card" üçün müraciət edən bəzi immiqrantlarla bağlı yeni qaydaları nəzərdən keçirir.
Azerbaycanpolisi.az "The Wall Street Journal"ın məlumatına istinadən xəbər verir ki, təklifə əsasən, bəzi şəxslər immiqrant vizası almamışdan əvvəl 100 min dollara qədər maliyyə təminatı təqdim etməli ola bilərlər.
Bildirilib ki, bu təşəbbüsün əsas məqsədi immiqrantların maliyyə baxımından müstəqil olmalarını təmin etmək və onların dövlət sosial yardım proqramlarından asılı vəziyyətə düşməsinin qarşısını almaqdır.
Hazırda bu təklif ABŞ hökuməti tərəfindən rəsmi şəkildə açıqlanmayıb. İmmiqrant vizalarının verilməsi qaydalarında da hər hansı dəyişiklik edilməyib.
Məlumata görə, yeni təşəbbüs Tramp administrasiyasının bəzi müvəqqəti viza sahibləri üçün girov proqramlarını genişləndirməsindən sonra gündəmə gəlib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























