Alimlər Yer üzündə həyatın mümkün mövcudluq müddətini hesablayaraq belə nəticəyə gəliblər ki, planetin bitki biosferi təxminən daha 1,8 milyard il mövcud ola bilər. Azərbaycanpolisi.az xəbər verir ki, bu barədə Daily Mail araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
Tədqiqat ABŞ-ın Kolorado ştatının Boulder şəhərində yerləşən Kolorado Universitetinin və Sietldə fəaliyyət göstərən Blue Marble Space şirkətinin mütəxəssisləri tərəfindən aparılıb. Onlar temperatur, buludluluq, yağıntılar, okeanların vəziyyəti və atmosfer dövranındakı dəyişiklikləri nəzərə alan üçölçülü iqlim modelindən istifadə ediblər. Alimlər növbəti iki milyard il ərzində Yerin iqliminin inkişafını modelləşdiriblər.
Tədqiqat müəlliflərinin fikrincə, Günəş yaşlandıqca onun parlaqlığı tədricən artacaq. Bunun nəticəsində Yer kürəsində temperatur yüksələcək, bitkilərin fotosintez üçün ehtiyac duyduğu karbon qazının (CO₂) miqdarı isə azalacaq. Nəticədə bitki örtüyünün böyük hissəsi məhv olacaq. Ən sonda isə quraqlığa daha davamlı növlər, o cümlədən kaktuslar və xüsusi fotosintez növündən istifadə edən bitkilər sağ qala biləcəklər.
Tədqiqatçılar iki ssenarini nəzərdən keçiriblər: birincisi, karbon qazının süxurlar tərəfindən udulması nəticəsində onun atmosferdəki konsentrasiyasının tədricən azalması (bəzi süxurlar təbii aşınma və ya mineral karbonlaşma adlanan proses zamanı karbon qazını udmaq qabiliyyətinə malikdir), ikincisi isə karbonun səviyyəsinin təxminən sabit qaldığı və əsas amilin temperaturun artması olduğu variantdır.
Hesablamalar göstərib ki, Yerin bitki biosferi təxminən 1,8 milyard il mövcud ola bilər. Bu müddət əvvəlki bir sıra tədqiqatlarda irəli sürülən proqnozlardan xeyli uzundur. Bundan sonra isə Günəşin parlaqlığının daha da artması nəticəsində Yer öz okeanlarını itirməyə başlayacaq və həyat üçün yararsız hala gələcək.
Bununla yanaşı, müəlliflər vurğulayıblar ki, modelləşdirmə zamanı bitkilərin mümkün təkamülü və bəşəriyyətin gələcək texnoloji nailiyyətləri nəzərə alınmayıb. Onların fikrincə, bu amillər biosferin mövcudluq müddətini dəyişə bilər.
Tədqiqatçılar istisna etmirlər ki, nəzəri cəhətdən bitkilər yeni şəraitə uyğunlaşa, həyat isə atmosferin yuxarı qatlarına və hətta Yer hüdudlarından kənara yayıla bilər. Bundan əlavə, alimlər artıq Günəş şüalanmasını süni şəkildə azaltmağın müxtəlif üsullarını nəzərdən keçirirlər. Lakin bu texnologiyaların mümkün nəticələri hələ kifayət qədər öyrənilməyib.
Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, Yer üzündə həyat yüksək dayanıqlılığa malikdir.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü


















.jpg)
















.png)

















