Böyük Britaniyanın "Economist Intelligence Unit" (EIU) analitik mərkəzi dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin illik reytinqini təqdim edib. Siyahıya ikinci il ardıcıl olaraq Danimarkanın paytaxtı Kopenhagen başçılıq edib.
Azerbaycanpolisi.az “Oxu.az”-a istinadla xəbər verir ki, reytinq şəhərlərdə səhiyyə, təhsil, mədəniyyət, ətraf mühit və infrastruktur göstəriciləri əsasında tərtib edilir. Analitiklər həmçinin insanların həmin şəhərlərdə qarşılaşa biləcəyi çətinlikləri də qiymətləndirirlər.
Kopenhagen sabitlik, inkişaf etmiş infrastruktur və dövlət xidmətlərinin yüksək keyfiyyəti sayəsində birinci yeri tutub. Keçən il olduğu kimi, ikinci yerdə Vyana (Avstriya) qərarlaşıb. 2025-ci ildə Vyana bu pilləni Sürixlə (İsveçrə) bölüşsə də, 2026-cı ildə Sürix üç pillə geriləyib.
İlk onluğa, həmçinin Melburn, Sidney (hər ikisi Avstraliya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Adelaida (Avstraliya), Vankuver (Kanada) və Tokio (Yaponiya) daxil olub.
EIU bildirib ki, dünyada həyat keyfiyyətinin orta göstəricisi ötən illə müqayisədə dəyişməyib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























