Regenerativ təbabət həkimləri Kamal Ueql və Cozef Purita uzun ömür üçün yeddi vərdiş açıqlayıblar. Oxuməni.az xəbər verir ki, onlar uzunömürlülük məsləhətlərini "Very Well Health" nəşri ilə bölüşüblər.
Həkimlərin sözlərinə görə, uzunömürlülüyün əsası hərəkətdir. Belə ki, Ueql fiziki hərəkətlərə təxirə salınması və ya unudulması mümkün olmayan bir dərman kimi yanaşmağı məsləhət görüb. Bununla belə, intellektual inkişafı da unutmaq olmaz. "Beyin də bir əzələdir, ona daimi yüklənmə lazımdır", - deyə Purita vurğulayıb.
Mütəxəssislər uzunömürlülüyün digər vacib şərtlərindən biri kimi istirahəti qeyd ediblər. Onlar rejimin dəqiq gözlənilməsini və stressdən sonra bərpa üçün vaxt ayrılmasını məsləhət görüblər. "Tədqiqatlar daim göstərir ki, qidalanma vərdişləri insanın necə qocalması ilə bağlıdır. Meyvə, tərəvəz, paxlalılar, tam taxıl məhsulları, faydalı yağlarla zəngin olan pəhriz daha yaxşı sağlamlıq vəziyyəti ilə əlaqəlidir", - deyə Ueql əlavə edib.
Həkimlər həmçinin qeyd ediblər ki, həyat tərzindən əlavə, insanın ünsiyyət dairəsi, sosial fəallığı və hobbiləri də sağlamlığa güclü təsir göstərir. Purita təqaüdə çıxdıqdan sonra özünə qapanmamağı və vacib əlaqələri qorumağı məsləhət görüb. Nəhayət, o, uzunömürlülüyün ən vacib qaydası kimi xəstəliklərin qarşısını almağa və ya onları erkən mərhələlərdə aşkar etməyə imkan verən mütəmadi profilaktik müayinələri qeyd edib.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































