I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat 8 iyun 2026-cı il tarixinə qədər davam edəcək.
Azerbaycanpolisi.az “Day.Az”-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.
İmtahanı təkrar vermək istəyən abituriyentlər DİM-in veb saytına şəxsi hesablarının giriş və şifrəsindən istifadə edərək daxil olmalı, müvafiq ixtisas qrupunu seçməli və qeydiyyat prosesini başa çatdırmalıdırlar.
5 iyun saat 9:15-ə olan məlumata görə, ikinci cəhd üçün 27.707 nəfər qeydiyyatdan keçib. Bunlardan 6.131 abituriyent I qrupda, 9.245 abituriyent II qrupda, 10.733 abituriyent III qrupda və 1.598 abituriyent IV qrupda olub.
DİM vurğulayıb ki, yalnız göstərilən müddət ərzində qeydiyyatdan keçən abituriyentlər ikinci cəhddə iştirak edə biləcəklər. Universitetlərə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üçün 5 iyulda, I və IV qruplar üçün isə 12 iyulda keçiriləcək.
Hər iki alt qrupu (DT və TC) seçən III qrup abituriyentləri üçün 12 iyulda əlavə coğrafiya imtahanı da keçiriləcək.
Azerbaycanpolisi az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























