Qara ciyərdə piylənmənin qarşısını alan yağ aşkarlandı

Qara ciyərdə piylənmənin qarşısını alan yağ aşkarlandı

Kurkumin və kətan toxumu yağının birləşməsi, yüksək yağlı və xolesterinli pəhriz zamanı piylənmə mübadiləsini yaxşılaşdıra və qara ciyərdə piylənmənin yığılmasını azalda bilər. Taypey Tibb Universitetinin alimləri bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqat "Nutrients" jurnalında dərc olunub.

Eksperiment səkkiz həftə ərzində yüksək yağlı və yüksək xolesterinli pəhrizlə qidalanan Suriya xomyakları üzərində aparılıb. Heyvanların bir hissəsinə əlavə olaraq aşağı və ya yüksək dozada kurkumin və kətan toxumu yağı qarışığı verilib.

Əlavə qəbul edən heyvanlarda qanda trigliseridlərin, ümumi xolesterinin və "pis" LDL xolesterinin səviyyəsi azalıb. Həmçinin, onlarda qara ciyərdə trigliseridlərin və xolesterinin yığılması azalıb. Ən güclü təsir yüksək dozada qarışım qəbul edən qrupda müşahidə olunub.

Tədqiqatçılar aşkar ediblər ki, əlavə maddə nəcisdə yağların və xolesterinin xaric edilməsini gücləndirib, həmçinin qan və qara ciyərin lipid profilini dəyişib. Müəlliflərin fikrincə, kətan toxumu yağı yağda həll olunan kurkuminin mənimsənilməsini yaxşılaşdıra və eyni zamanda omeqa-3 yağlı turşuları hesabına onun təsirini tamamlaya bilər.

Alimlər vurğulayırlar ki, nəticələr hələlik heyvanlar üzərində əldə edilib, buna görə də onları birbaşa insanlara tətbiq etmək olmaz. Lakin bu iş göstərir ki, kurkumin və kətan toxumu yağının birləşməsi qara ciyərin dəstəklənməsi və piylənmə mübadiləsinin pozulmasının idarə olunması üçün perspektivli qida strategiyası ola bilər.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.31

2026.05.30

2026.05.29

2026.05.28

2026.05.27

2026.05.26

2026.05.25

2026.05.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az