Növbəti beş il, yəni 2026-cı ildən 2030-cu ilə qədər olan dövr böyük ehtimalla müşahidə tarixi ərzində ən isti dövrlərdən biri olacaq.
Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yeni hesabatında qeyd olunub. Alimlər bu beşillikdə azı bir ilin 2024-cü ilin rekordunu təzələməsi ehtimalını 86% qiymətləndirirlər. Proqnoz göstərir ki, planetdə orta illik temperatur sənayeləşmədən əvvəlki səviyyənin ölçülməyə başladığı XIX əsrin ikinci yarısı ilə müqayisədə 1.3-1.9 dərəcə Selsi daha yüksək olacaq. Bununla yanaşı, 91% ehtimalla yaxın beş ildən azı biri müsbət 1.5 dərəcəlik həddi aşacaq.
Hesabatda Arktikaya xüsusi diqqət yetirilib. Orada qış fəsli ötən əsrin sonu ilə müqayisədə təxminən üç dərəcə daha isti keçəcək - bu, dünya üzrə orta göstəricidən üç dəfədən də sürətlidir. Bu səbəbdən Barents, Berinq və Oxot dənizlərində dəniz buzunun sahəsi azalacaq ki, bu da ekosistemlərə və dəniz yollarına təsir göstərə bilər.
Ümumilikdə alimlər Şimali Avropa, Sibir və Afrikada iqlimin daha rütubətli, Amazoniyada isə daha quraq olacağını proqnozlaşdırırlar.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































