Duzsuz pomidor suyu qan təzyiqini aşağı salır.
Azerbaycanpolisi.az “Mediicna.az”-a istinadən xəbər verir ki, “Food Science & Nutrition” jurnalında dərc olunmuş bir araşdırmaya görə, müntəzəm olaraq duzsuz pomidor suyu içmək qan təzyiqini və ürək-damar xəstəlikləri riskini azalda bilər.
Gündə 200 ml pomidor suyu içmək ürək-damar xəstəlikləri riski yüksək olanlarda qan təzyiqini və xolesterol səviyyəsini azaldıb.
Tokio Tibb Universitetinin (TMDU) alimləri bir il ərzində 481 iştirakçını izləyiblər. Tədqiqat iştirakçılarına istədikləri qədər pomidor suyu verilib. Könüllülərdən həmçinin gündəlik nə qədər pomidor suyu qəbul etdiklərini və sağlamlıqlarında hər hansı nəzərə çarpan dəyişiklikləri qeyd edən gündəliklər tutmaları xahiş olunub.
Məlumatlar göstərir ki, əksər könüllülər gündə ən azı 200 ml duzsuz pomidor suyu içiblər.
Prehipertoniya və ya hipertoniyası olan 94 iştirakçıda qan təzyiqi 3% azalıb. Bu o deməkdir ki, iştirakçıların sistolik qan təzyiqi ən azı 4 mm civə sütunu azalıb. Diastolik təzyiq isə 3 mm civə sütunu azalıb (140/90 mm civə sütunu və daha yüksək təzyiq yüksək hesab olunur).
Alimlər izah edib ki, pomidora parlaq qırmızı rəng verən likopen birləşməsinin arteriyalarda lövhə əmələ gəlməsinin qarşısını aldığı və qan təzyiqinin aşağı düşməsinə kömək etdiyi bildirilir. Likopen aşağı sıxlıqlı lipoproteinləri (LDL) və ya "pis" xolesterolu inhibə edir, pomidordakı birləşmələr qida xolesterolunun nazik bağırsaqda udulmasını və qaraciyərdə sintezini azaldır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























