Beynəlxalq Diabet Federasiyası — The International Diabetes Federation (IDF) — onilliklərdir alimlər arasında mübahisələrə səbəb olan beşinci diabet növünün mövcudluğunu rəsmi şəkildə tanıyıb. Təşkilat Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) onu beynəlxalq xəstəlik təsnifatına daxil etməyə çağırıb. Oxuməni.az xəbər verir ki, bu barədə İDF-in rəsmi “idf.org” saitı məlumat yayıb.
Məsələ qidalanma çatışmazlığı ilə əlaqəli diabet adlanan növdən gedir. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu növ diabet əsasən Asiya və Afrika ölkələrində, xroniki qidalanma çatışmazlığının geniş yayıldığı yerlərdə, 25 milyona qədər insanı əhatə edə bilər.
Bu xəstəlik növü ilk dəfə 1955-ci ildə təsvir olunub, lakin sonradan demək olar ki, unudulub. XX əsrin sonunda ÜST məlumat çatışmazlığı səbəbindən onu təsnifatdan çıxarıb və o vaxtdan bəri alimlər arasında bu xəstəliyin ayrıca forma kimi mövcud olub-olmaması barədə yekdil fikir olmayıb. İndi isə toplanmış tədqiqatlar bu ideyaya yenidən qayıtmağa imkan verib.
“Diabetin konkret növünü anlamaq düzgün müalicə seçimi üçün son dərəcə vacibdir,” — Ekseter Universitetindən tədqiqatçı Kreyg Bil qeyd edib.
Daha çox tanınan formalarından fərqli olaraq, beşinci diabet növü autoimmun proseslər və ya həyat tərzi səbəbindən deyil, uzun müddətli qida maddələrinin çatışmazlığı fonunda inkişaf edir. Belə xəstələrdə mədəaltı vəzin fəaliyyəti pozulur: o kifayət qədər insulin ifraz etmir, lakin insulinə həssaslıq qorunur.
Məhz buna görə də xəstəlik tez-tez səhv diaqnoz qoyulur və birinci və ya ikinci tip diabet kimi qəbul edilir. Nəticədə xəstələr standart müalicə alır ki, bu da yalnız kömək etməyə bilər, həm də təhlükəli ola bilər.
“Bu xəstəlik vərəmdən daha çox, demək olar ki, QİÇS qədər tez-tez rast gəlinir, lakin rəsmi adı olmaması onun diaqnostikasına və müalicəsinə mane olur,” — Albert Eynşteyn Tibb Kollecindən endokrinoloq Meredit Hokins vurğulayıb.
Son tədqiqatlara görə, xroniki qidalanma çatışmazlığı mədəaltı vəzin inkişafını poza və diabetin heç bir məlum növünə uyğun gəlməyən xüsusi metabolik profil yarada bilər.
Ekspertlər bildirirlər ki, yeni diabet növünün tanınması diaqnostika və terapiya üçün ayrıca tövsiyələrin hazırlanmasına, həmçinin uzun müddət qiymətləndirilməmiş bu problemə diqqətin cəlb olunmasına imkan verəcək.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, iş hələ başlanğıcdadır: diaqnozun qoyulması üçün meyarların dəqiqləşdirilməsi və xüsusilə məhdud resurslu bölgələr üçün təhlükəsiz müalicə sxemlərinin seçilməsi zəruridir.
Almaz Həsənli
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb
Keçmiş deputat yenidən həbsxanaya qaytarıldı - AÇIQLAMA
Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
42 yaşlı polkovnik-leytenant vəfat etdi




































.jpg)









