Bu gün Nəsimi Rayon Məhkəməsində "Liv Bona Dea Hospital"ının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, "Bona Dea" şirkəti onun məşhur "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib.
Axar.az xəbər verir ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edib.
"Mən əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət etmişdim. Xatırladım ki, "Liv Hospital" yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, "Bona Dea" "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim", - o bildirib.
"Liv Hospital"ın veb səhifəsində isə xəstəxanalarımız bölməsində Bakıdakı "Liv Bona Dea Hospital"ın adı keçir.
Məsələ ilə bağlı “Liv Bona Dea Hosbital”ından saytımıza verilən açıqlamada bildirilib ki, məhkəmə başqa mövzuda olduğu üçün həmin sənədlər təqdim edilməyib:
“Növbəti məhkəmə prosesində sözügedən müqaviləni aparacağıq. 2022-ci ildə “Liv Bona Dea Hospital” “Liv Hospital” şəbəkəsi ilə müqavilə bağlayıb. “Liv Hospital”ın səhifəsinə nəzər salsanız, filiallar arasında bizim xəstəxananın adını da görəcəksiniz”.
N.Köçərli bir müddət əvvəl “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunandan sonra həkim məsuliyyətsizliyi ilə qarşılaşdığı haqda paylaşım etmişdi. Bundan sonra onunla xəstəxana arasında məhkəmə çəkişməsi başlayıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































