Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş Dövlət katibi Lalə Şövkətin səhhətində yaranan problemlərə görə, təcili olaraq Türkiyəyə aparıldığı və orada özəl klinikaların birinə yerləşdirildiyi ilə bağlı xəbər yayılıb. İddia edilir ki, Lalə Şövkət bacısı oğlunun gənc yaşda qəfil ölümündən sonra dərin stress keçirib, ona görə də səhhətində ciddi problemlər yaranıb.
Teleqraf-a açıqlamasında oğlu Sidqi Şövkət anasının son durumu ilə bağlı məsələlərə aydınlıq gətirib.
O bildirib ki, bu xəbər həqiqətə uyğun deyil: “Həmişəki kimi, şayiədir. Lalə xanım evdədir və səhhəti də normaldır. Ürək xəstəliyinə görə evdə mütəmadi olaraq müalicə alır".
Sidqi Şövkət əlavə edib ki, bildiyiniz kimi bizə böyük itki üz verdi: “Hələ ki, o stressdən sonra özümüzə gələ bilmirik”.
Xatırladaq ki, Lalə Şövkət 2021-ci ildə infarkt keçirib, ürəyi əməliyyat olunub.
1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























