Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvotanın 80%-dən çoxu artıq dolub.
Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QİMİ) Xarici əlaqələr şöbəsinin rəisi, Həcc təşkilinin elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyinin son təlimatları və göstərişləri əsasında, həmçinin ölkə regionlarında, həm də xaricdə yaşayan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu ilki ziyarət mövsümündə iştirak üçün sənəd qəbulunun müddəti martın 7-dək uzadılıb.
Vüsal Cahangiri vacib bir xəbərdarlıq edib: göstərilən tarix son tarixdir. Martın 7-dən sonra sənəd qəbulu tamamilə dayandırılacaq və müddətin heç bir əlavə uzadılması nəzərdə tutulmur.
Xatırladaq ki, bu il həcc ziyarəti üçün paket qiyməti 6 100 ABŞ dollarıdır ki, bu da cari məzənnə ilə 10 388 manata bərabərdir. Bu məbləğə zəvvarların müqəddəs torpaqda rahat və təhlükəsiz qalması üçün bütün zəruri xərclər daxildir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























