Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu

Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu


Tanınmış loğman, yazıçı-jurnalist Ərşad Əzimzadə “İnci” şirkətində işə qəbul olunub.
Azerbaycanpolisi.az Modern.az-a istinadla xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır.
Ə.Əzimzadə bununla bağlı deyib:
“Bu gün, 19 fevral 2026-cı il tarixində, 92 il yaşında olduğum bir vaxtda "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşləyəcəyim "İzə" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İnci" şirkəti bacardı”.
Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan” kimi aparıcı qəzetlədə müxbir işləyib.
30 yaşdan 60 yaşacan 8 ağır xəstəlikdən əziyyət çəkib, 30 il dərman-terapiya müalicəsi alıb. 1995-ci ildə yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemini öz həyatına tətbiq edərək sağalıb.
Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb. Onun sağlam həyat tərzinə aid “Möcüzəsiz möcüzə” kitabı müxtəlif dillərdə çap olunub və məşhurlaşıb.
Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.02.20

2026.02.19

2026.02.18

2026.02.17

2026.02.16

2026.02.15

2026.02.14

2026.02.13

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az