19 fevral - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun doğum günüdür.
Azerbaycanpolisi.az xəbər verir ki, onun 75 yaşı tamam olub.
R.Zeynalov hazırda Azərbaycanda xidmətdə olan ən yaşlı generaldır.
Azərbaycanın daxili işlər orqanlarında indiyədək 75 yaşına qədər xidmətdə olan general olmayıb. R.Zeynalov bu sahədə rekorda imza atıb.
Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirir.
Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir.
1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət-Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib.
1994-cü il 2 avqustdan - yəni artıq 32-ci ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilib. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ailəlidir, 1 övladı, 3 nəvəsi var.
Yubiley munasıbətlə Azerbaycanpolisi.az kollektivi Cənab Generalı Təbrik edir, ona həyatda ən gözəl varlıq olan can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































