"Şəhər mərkəzinə ödənişli giriş mexanizmi düzgün tədqiq edildiyi və planlaşdırıldığı təqdirdə effektiv ola bilər. Bu mexanizm tətbiq edilərsə, şəhər mərkəzinə zərurət olmadan daxil olan avtomobillərin sayı azalacaq və mərkəzin funksiyası tədricən dəyişəcək…”
Oxuməni.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, şəhər mərkəzinə ödənişli giriş mexanizmi düzgün planlaşdırıldıqda effektiv ola bilər:
“Şəhər mərkəzi artıq avtomobillər üçün tranzit zona deyil, daha çox iş, xidmət və piyada mühiti kimi formalaşa bilər. Eyni zamanda ictimai nəqliyyata olan tələbat da artacaq.
Əgər Bakıda bu mexanizm sadəcə cərimə vasitəsi kimi yox, hərəkətin idarə olunması üçün bir alət kimi araşdırılıb tətbiq edilsə və sosial həssas qruplar, eləcə də xidmət avtomobilləri üçün istisnalar düzgün müəyyənləşdirilsə, onu effektiv hesab etmək olar”.
Ekspert qeyd edib ki, ödənişli giriş mexanizmi şəhər mərkəzinə məqsədsiz daxil olan avtomobillərin sayını azalda bilər:
“İstifadəçilərin azalmasına real təsir məsələsinə gəldikdə isə, birmənalı şəkildə demək olar ki, bu mexanizm avtomobil istifadəsinin azalmasına təsir göstərəcək. Təxminən şəhər mərkəzinə məqsədsiz daxil olan avtomobillərin sayında 10-15% azalma müşahidə oluna bilər. Pik saatlarda nəqliyyat axını daha balanslı olacaq, taksi, ictimai nəqliyyat və fövqəladə xidmət nəqliyyat vasitələrinin hərəkət sürəti artacaq. Bu da çağırış məntəqələrinə operativ çatımı yaxşılaşdıracaq.
Bununla yanaşı, müəyyən risklər də mövcuddur. Əgər bu mexanizm tətbiq edilirsə, paralel olaraq ictimai nəqliyyat mütləq şəkildə gücləndirilməli və şaxələndirilməlidir. Ətraf küçələrdə ikinci dərəcəli tıxaclar yaranarsa və dayanma, durma, parklanma siyasəti dəyişdirilməzsə, tıxac sadəcə yerini dəyişmiş olacaq, lakin aradan qalxmayacaq. Buna görə də ödənişli giriş mexanizmi təkbaşına deyil, daha geniş tədbirlər paketinin bir hissəsi kimi həyata keçirilməlidir”.
Azerbaycanpolisi.az
E.Cəfərov ödənişli hərəkət zonalarının mərhələli şəkildə tətbiq edilə biləcəyini bildirib:
“Ödənişli hərəkət zonaları mərhələli şəkildə Bakının mərkəzi hissələrini əhatə edə bilər və pilot layihələr formasında tətbiq oluna bilər. Birinci mərhələ Bakının tarixi ərazilərini - İçərişəhər, Sahil, Nizami və Səbail ətrafını əhatə edə bilər. Daha sonra 28 May, Səməd Vurğun və oxşar ərazilər daxil edilə bilər. Bu zonalarda küçə tutumu az, piyada axını isə çoxdur və alternativ marşrutlar mövcuddur.
İkinci mərhələdə isə işgüzar və inzibati zonalar nəzərdən keçirilə bilər. Bunlara Ağ Şəhər ərazisi, Neftçilər prospektinə yaxın biznes sahələri və dövlət qurumlarının sıx yerləşdiyi ərazilər daxil ola bilər”.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































