“BakıKart”-ın ləğv olunması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Azerbaycanpolisi.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə “K Group” MMC (Bakı Kart) bildirib ki, "BakıKart" fəaliyyətini davam etdirəcək:
“K Group” MMC (Bakı Kart) Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə Bakı nəqliyyatında rəqəmsal ödənişlərin genişlənməsi istiqamətində növbəti addımını atdı. Artıq Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəmək mümkündür.
Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün yerli bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də bu imkanı yaradır. Son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda - metro və avtobuslarda istifadə olunan BakıKart kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
"BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "Bakıkart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil”.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































