"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur".
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Amma Monqolustandan gətirilən ətlərlə bağlı narahatlıq doğuran məqamlardan biri də onların dondurulmuş halda gətirilməsidir. Belə ki, həmin ətlərin dondurulmuş vəziyyətdə neçə il saxlanıldığı da aydın deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya açıqlamasında bununla bağlı deyib ki, daxili bazarı ətlə təmin etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Monqolustandan ət idxal edilir: "Bu ətlər dondurulmuş şəkildə gətirilir, lakin neçə il ərzində dondurulmuş vəziyyətdə saxlanılması barədə dəqiq məlumat yoxdur. Azərbaycan vətəndaşları ümumiyyətlə dondurulmuş ətlərə üstünlük vermədikləri üçün bu ətlər bazara nisbətən ucuz qiymətə çıxarılır. Buna baxmayaraq, həmin ətlər normaldır, bütün tələblərə cavab verir, təhlükəsizdir və müvafiq təminata malikdir". Mütəxəssislərin qənaətinə görə, uzun müddət dondurulmuş vəziyyətdə saxlanılan ət məhsulları adətən ziyanlı sayılmır, amma bəzi keyfiyyət və təhlükəsizlik şərtləri var. Belə ki, ət −18°C və ya daha aşağı temperaturda saxlanılıbsa, bakteriyalar çoxalmır. Dondurulmuş ətin təxmini tövsiyə olunan maksimum müddətləri isə aşağıdakı kimidir: Qırmızı ət (mal, qoyun): 6–12 ay Toyuq: 9–12 ay Qıyma: 3–4 ay Dondurulmuş ətin daha uzunmüddətli saxlanılması isə sağlamlıq üçün təhlükəli olmasa da, məhsulda keyfiyyət itkisinə səbəb olur. Belə ki, ətin dadı və qoxusu dəyişə, quruluq və “rezin kimi” tekstura yarana bilər. Bu zaman vitaminlərin (xüsusilə B qrupu) bir hissəsi azalır.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































