Son illər aparılan elmi araşdırmalar göstərir ki, fiziki aktivliyin azlığı bir sıra ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskini artıra bilər. Mütəxəssislərin fikrincə, hərəkətsiz həyat tərzi orqanizmdə maddələr mübadiləsinin zəifləməsinə, artıq çəkinin yaranmasına və immun sisteminin funksiyasının pozulmasına səbəb olur.
Azerbaycanpolisi.az-ın Milli.az-a istinadən məlumatına görə, tibb mütəxəssisləri bildirirlər ki, uzun müddət oturaq həyat tərzi keçirən şəxslərdə xüsusilə yoğun bağırsaq, süd vəzi və uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müşahidə edilir. Fiziki aktivliyin az olması hormonal balansın pozulmasına və iltihabi proseslərin artmasına şərait yaradır ki, bu da xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yarada bilər.
Araşdırmalara əsasən, müntəzəm fiziki aktivlik bədəndə insulin səviyyəsini tənzimləyir, immun sistemini gücləndirir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan mexanizmləri aktivləşdirir. Gündəlik ən azı 30 dəqiqə orta intensivlikdə fiziki hərəkət sürətli gəzinti, velosiped sürmək və ya yüngül idman sağlamlıq üçün faydalı hesab olunur.
Mütəxəssislər vurğulayırlar ki, hərəkətsizlik təkcə xərçəng deyil, eyni zamanda ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini də artırır. Bu baxımdan sağlam həyat tərzinin formalaşdırılması, xüsusilə gənc yaşlardan fiziki aktivliyə üstünlük verilməsi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, xərçəngin qarşısının alınmasında düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələrlə yanaşı, aktiv həyat tərzi əsas qoruyucu amillərdən biridir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































