Bakıdakı Müqəddəs Mirradaşıyan Qadınlar Kafedralında tarixdə ilk dəfə olaraq Azərbaycan dilində İlahi Litürgiya icra olundu.Bu barədə “Minval,az” xəbər verir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından verilən məlumata görə, dini ayin və dua mətnlərinin tərcüməsi işlərinə 2022-ci ildə başlanılıb və bu işlər ruhanilərin xeyir-duası ilə aparılıb. 2024-cü ilin mart ayında Azərbaycan dilində pravoslav dua kitabı nəşr olundu, daha sonra isə ayinlərin ardıcıllığı və bir sıra dini mətnlər tərcümə edildi.
Paralel olaraq, litürgiya nəğmələrinin notlara köçürülməsi işi də həyata keçirildi ki, bu da Azərbaycan dilində tam hüquqlu dini ayinin keçirilməsinə imkan verdi. Litürgiyanı kafedralın rektoru protoiyerey Dionisiy Sveçnikov yeparxiya ruhanilərinin iştirakı ilə idarə etdi. Dini ayində Bakı və Azərbaycan Yepiskopu Aleksiy də iştirak etdi.
Dini ayində azərbaycanlı pravoslavlar dua etdilər, onlar üçün doğma dildə litürgiyanı eşitmək imkanı mühüm və əhəmiyyətli hadisə oldu.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























