Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən iki "Şevrolet" və bir "Azsamand" markalı avtomobillərin sürücüləri - E.Hətəmi, E.Məmmədov və Z.Həsənov saxlanılıblar.
DİN-dən Axar.az-a verilən məlumata görə, sürücülər barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.
Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































