Qədim insanlar od yandırmağı elmin düşündüyündən xeyli əvvəl mənimsəyiblər. Britaniya muzeyinin paleolitoloqlarının kəşfi bunun lehinə danışır. Oxuməni.az-ın məlumatına görə, bu barədə "Euronews" xəbər verir.
Barnhem şəhəri yaxınlığındakı neandertal düşərgəsində onlar yandırılmış gil sahəsi və dəmir kolçedanı, yaxud piriti - sürtünmə nəticəsində qığılcım verən mineralın iki fraqmentini tapıblar.
Alimlər qrupunun üzvü Rob Devis təsdiqləyir: "Bizim orada ocağın olduğuna dair dəlilimiz var. Onun yanında neandertalların hazırladığı arxeoloji artefaktlar tapdıq. Lakin həqiqətən də qeyri-adi olan, qığılcım çıxarmaq üçün istifadə olunan mineral olan iki pirid fraqmentidir... Bu, neandertalların bu yerdə yalnız oddan istifadə etmədiyini, həm də onu çaxmaqdaşı və pirid vasitəsilə əldə etdiyini göstərir."
Qrup, təbii meşə yanğınlarının müdaxiləsi ehtimalını istisna etmək üçün tapıntıları dörd il ərzində təhlil edib. Testlər, ehtimal ki, ocaq kimi xidmət edən eyni yerdə dəfələrlə yanma faktını təsdiqləyib.
Qeyd etmək lazımdır ki, düşərgə ərazisində təbii pirid çıxışları yoxdur. Bu, neandertalların mineralın xüsusiyyətlərini bilərək onu özləri ilə gətirdiklərini göstərir.
Beləliklə, alimlər yekunlaşdırırlar ki, əcdadlarımız ən azı 400 min il əvvəl od yandırmağı və onu saxlamağı bacarıblar. Bundan əvvəl isə nəzarətli od istifadəsinin ən erkən dəlilləri Şimali Fransada cəmi 50 min il yaşı olan neandertal düşərgələrinin izləri hesab olunurdu.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































