"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılıb.
Oxuməni.az “Milli.Az”a istinadla xəbər verir ki, Əziz Orucovun cəza müddəti bu gün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb.
Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağı insatnsiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
Bildirək ki, Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
İstintaq dövründə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























