Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Bu məbləğ aylıq 16 manatdır. Bununla bağlı qanun layihəsi artıq birinci oxunuşdan keçib. Ancaq qanun layihəsi çoxsaylı suallar doğurur: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimlərdir?
Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qeyri-formal işləyənlər faktiki olaraq heç yerdə rəsmi işi olmayanlardır və onları təsbit etmək çox çətindir.
“Ona görə də hüquqi və iqtisadi nöqteyi-nəzərdən bu təsnifat və tanıtım özü problematikdir. Bir insanın ola bilər ki, rəsmi iş yeri yoxdur, ancaq hardasa ofisiant və ya kuryer işləyir. Bu, necə təsbit olunacaq? Qanunlar ümumiyyətlə qeyri-müəyyən yazıla bilməz, burada isə qeyri-müəyyənlik var. Bunu təsbit edən və nəzarət edən qurumlar kimlər olacaq, formulu necə olacaq? Təəssüf ki, rəsmi qurumlardan bununla bağlı açıqlama verilməyib”, - ekspert vurğulayıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























