Azərbaycanda son illər doğum sayındakı kəskin azalma ciddi narahatlıq yaradıb. Belə ki, 1991-ci ildə 190 mindən bir az çox, 2011-ci ildə 176 minə yaxın, 2024-cü ildə isə 102 min civarında uşaq doğulub. Bildirilir ki, artıq ailə qurmaq və uşaq böyütmək sosial-iqtisadi baxımdan getdikcə çətinləşir. Bu fonda uşaqpulunun bərpası və ailələrə real dəstək mexanizmlərinin tətbiqi müzakirə edilir.
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, əhalinin sayının sürətlə azalması yalnız sosial-iqtisadi amillərlə bağlı deyil:
“Ümumilikdə, bu prosesin cəmi 2-3 faizi iqtisadi səbəblərlə izah oluna bilər. Uşaq dünyaya gətirmək istəyi daha çox fərdin düşüncə tərzi və dəyərləri ilə əlaqədardır. Bu məsələyə müəyyən qədər sosial şəbəkələr də təsir göstərir. İnsanlar orada az uşaqlı ailələrin rahat həyatını, istirahətlərini, səyahətlərini görür və bu, onların seçimlərinə psixoloji təsir edir. 1-2 uşağı dayəyə etibar etmək mümkündür, lakin say artanda bu, daha çətin olur. Azuşaqlı ailə modeli Azərbaycanda bir sıra yeni sahələrin inkişafına da şərait yaradıb. Məsələn, özəl bağçaların sayının artması, uşaqların məktəbə taksi ilə daşınması, əyləncə mərkəzlərinin çoxalması bu tendensiyanın nəticəsidir. Əvvəlki illərdə 7-8 övlad olan ailələrdə belə uşaqlar bağçaya verilmir, daha çox ailə daxilində böyüdülürdü”.
İqtisadçı bildirib ki, uşaq sayını sırf iqtisadi vəziyyətlə əlaqələndirmək düzgün deyil:
“Həmçinin bu məsələnin uşaqpulu ilə birbaşa əlaqəsi olduğunu demək doğru olmaz. Hazırda çoxuşaqlı ailələrə dövlət sosial yardım göstərir. Az uşaqlı ailələr üçün isə daha səmərəli addım kimi gəlir vergisindən azadolma və icbari sığorta haqlarının qarşılanması kimi mexanizmlərin tətbiqi məqsədəuyğun olardı”.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























