İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib.
Oxuməni.az-ın “Minval.az”-a istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Rusiya vətəndaşı Sergey Sergeevin Azərbaycandan xaricə və geriyə qanunsuz olaraq külli miqdarda pul vəsaitlərinin (kriptovalyuta) köçürülməsi, habelə cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın yuyulması ilə məşğul olan mütəşəkkil dəstədə iştirak etdiyinə görə beynəlxalq axtarışa verildiyi barədə məlumat yayıb (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2, və 206-1.3 maddələri).
Sergeevin saxlandığı Birləşmiş Ərəb Əmirliklərində olduğu yer müəyyən edilib.
Azərbaycan və BƏƏ arasında ekstradisiya haqqında ikitərəfli sazişə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və zəruri sənədlər təqdim olunub və səmərəli danışıqlar aparılıb. Nəticədə şübhəlinin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Sergey Sergeyev ölkəyə gətirilərək istintaq təcridxanasına yerləşdirilib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























