Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb edilməsi təklif edilir.
"Report" xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna müvafiq təklif daxil edilib.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped istismarının tənzimlənməsinin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsidir. Sənəddə təklif olunan əsas dəyişikliklərdən biri də moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbinin tətbiqidir. Bu, sürücülərin lazımi bilik və bacarıqlara malik olmasını təmin edəcək və nəticədə yol hərəkəti təhlükəsizliyini yüksəldəcək.
Digər təkliflər arasında "moped" termininin daha dəqiq tərifi və məcburi dövlət qeydiyyatı da var.
Bundan əlavə, qanun layihəsində mopedlərin yalnız yolun ən sağ zolağında idarə olunması ilə bağlı əvvəlki tələbin ləğv edilməsi təklif edilir.
Həmçinin, uzunluğu və ya eni 0,5 metrdən artıq motosiklet və ya mopedin ölçülərindən kənara çıxan yüklərin, habelə nəqliyyat vasitəsinin işinə mane olan yüklərin daşınmasının qadağan edilməsi təklif edilir.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































