“Heyvanların kəsimində İslami qaydalara əməl edilmir“

“Heyvanların kəsimində İslami qaydalara əməl edilmir“

“Azərbaycana həm dondurulmuş ət, həm də kəsim üçün diri heyvan idxal edilir. Dondurulmuş formada gətirilən ətlərin heç biri islami qaydalara qaydalarına uyğun kəsilmir”.

Bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu il həqiqətən də ət idxalını artırmaq haqqında düşünülür:

““Əvvəla onu deyim ki, Azərbaycan bu il həqiqətən də ət idxalını artırmaq haqqında düşünür. Ona görə ki, istehsalımız azalıb. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi ət istehsalında artım göstərir. Bu artım ölkəyə gətirilən diri heyvanların hesabınadır. Diri heyvanların idxalında artım 2.1 dəfədən çoxdur. İdxal edilən heyvanlar ölkə daxilində kəsimə verilir və daxili istehsal kimi göstərilir. Buna görə də ət istehsalında artım göstərilir. Amma onlar yaxşı başa düşürlər ki, bu artım demək deyil və ət idxalını artırmaq haqqında düşünürlər. Son vaxtlar Qazaxıstan da çalışır ki, Monqolustandan ucuz heyvan əti idxal etsin. Xüsusən, burada qoyun ətindən söhbət gedir. Qazaxıstan adam başına bizdən 2 dəfədən də çox ət istehlak edir. Bizdə illik ət istehlakı 42 kiloqram, onlarda isə 80 kiloqrama yaxındır. Digər tərəfdən, biz idxal olunan diri heyvanları da nəzərə alsaq, adambaşına 35 kiloqram ət istehsal edirik, Qazaxıstan isə 78 kiloqram istehsal edir. Qazaxlar indi çalışır ki, qoyun ətinin bir hissəsini Monqolustandan gətirsin. Monqolustan həm Qazaxıstana yaxındır, həm də ət qiyməti ucuzdur. Hətta onlar diri heyvan da idxal edə bilərlər. Amma bizim üçün məsafəni nəzərə alsaq, bu baha başa gələr. Bu baxımdan, Azərbaycan nə qədər çalışsa da, Monqolsutandan ət idxalını artıra bilməyəcək”. ”.

Ekspert qeyd edib ki, istər dondurulmuş ətlərin, istərsə də diri heyvanların idxalına ciddi nəzarət olunmalıdır:

“Ölkəmizə həm dondurulmuş ət , həm də kəsim üçün diri heyvan idxal edilir. Dondurulmuş formada gətirilən ətlərin heç biri müsəlman adət-ənənəsinə, qaydalarına uyğun kəsilmir. Bu formada idxal olunan ətlər daha çox Braziliya, Rusiya, Ukrayna və Hindistandan gətirilir. Bunların heç birində heyvanların kəsimi İslam qaydalarına uyğun həyata keçirilmir. Xüsusən Monqolustandan gətirilən heyvanların ətinin keyfiyyəti Azərbaycanda istehsal olunan ətin keyfiyyəti kimi deyil. Azərbaycanda istehsal olunan heyvanların əti digər ölkələrdən gətirilən heyvanların əti ilə müqayisədə çox keyfiyyətlidi. Monqolustandan gətirilən ət dad və qoxu baxımından fərqlənir. Bu əti istehlakçılar bir o qədər də yüksək dəyərləndirmirlər. Bizim yerli heyvanın əti ilə müqayisədə qiyməti çox ucuzdur. Kiloqramı 13-14 manata təklif olunsa da, yenə bir o qədər maraq yoxdur. Ola bilsin ki, bu ətlər bir sıra marketlərdə yerli istehsal ət kimi satılır. Amma insanlar bir neçə dəfə alandan sonra hiss edir ki, bu bizim heyvanların ətinin dadını vermir. Ona görə də soruşmalı olurlar. Qida Təhlükəsizliyi Agentliyi var. Onların üzərinə düşən vəzifədir ki, ölkəyə gətirilən heyvan əti ciddi nəzarətdən keçirilsin. Hətta hansı ölkələrdən idxal edilir, həmin ölkələrdə kəsim prosesinə bir müddət nəzarət edilsin. Biz bilməliyik kəsilən heyvan xəstədir ya yox. Çıxdaş olunmuş heyvanlar da kəsilib bizə göndərilirmi? Ola bilsin həmin ölkələrdə vəhşi heyvanlar kəsiləcək heyvana zərər yetirib yaxud dişləyib. Bunlar hamısı ciddi məsələlərdir. Belə halların baş verməməsi üçün çox ciddi nəzarət lazımdır. Bir müddət əvvəl Gürcüstanda xırdabuynuzlu heyvanlar arasında xəstəliklər geniş yayılmışdı. Bu səbəbdən Azərbaycana idxal dayandırıldı. 2 il əvvələdək xırdabuynuzlu heyvanların idxalı daha çox Gürcüstandan edilirdi. İndi yəqin ki, qonşu ölkədən az sayda heyvan gətirilir. Monqolustan isə ictimaiyyətə elə də açıq deyil. Biz bilmirik ki, orada hansı xəstəliklər yayıla bilər. Ona görə də ciddi nəzarət olunmalıdır”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az