Azərbaycan məktəblərində kütləvi çanta yoxlamaları başlayıb
23 Aprel 12:31
Azərbaycanda ağıllı su sayğacları tətbiq olunacaq. Yaxın vaxtlarda Dövlət Su Ehtiyatları Agentliyinə yeni tipli oxuyucu qurğular təqdim ediləcək. Bu barədə Minval-a "Gemza" şirkətinin direktoru Kənan Aslanov məlumat verib.
Onun sözlərinə görə, smart sayğaclar pult funksiyası ilə təchiz edilib ki, bu da abunəçinin nəzarətçinin qapısını açmaqdan imtina etdiyi halda belə, su sərfiyyatı göstəricilərini oxumağa imkan verəcək. Həmçinin ödəniş edilmədikdə sayğac avtomatik bloklana bilər.
"Hələlik quraşdırmadan danışmırıq. Biz hələ danışıqların ilkin mərhələsindəyik. Nümunələr sınaq üçün təqdim olunacaq", - mənbə bildirib.
O, həmçinin əlavə edib ki, bu sayğaclar Almaniya istehsalıdır.
Azerbaycanpolisi.az