Bakı metrosunda ödəniş üztanıma metodu ilə mümkün ola bilər

Bakı metrosunda ödəniş üztanıma metodu ilə mümkün ola bilər


"Bakı Metropolitenində üztanıma texnologiyası əsasında gedişhaqqı ödəniş sisteminin tətbiqi müzakirə edilir. Artıq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ilə birlikdə üz tanıma texnologiyasından istifadəni nəzərdə tutan ödəniş sisteminin inteqrasiyasına da start verilib".
Oxu.Az xəbər verir ki, bunu "AzInTelecom"un rəqəmsal xidmətləri medianın gözü ilə" adlı tədbirdə qurumun kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev deyib.
O bildirib ki, yerüstü nəqliyyatda, xüsusilə avtobuslarda belə sistemin işləməsi daha çətindir:
"Hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər nəzərə alınmalıdır. Buna görə də əvvəlcə sınaqlar aparılacaq, daha sonra yekun qərar veriləcək".
Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az