Gürcüstanda avqustun 5-də "oğru aləmi" ilə əlaqədar saxlanılan 32 nəfərdən 30-u barəsində məhkəmədə ilkin həbs qətimkan tədbiri seçilib.
Oxuməni.az "Report"a istinadla xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, bununla bağlı məhkəmə prosesi təxminən 6 saat davam edib.
Prokurorluqdan isə qeyd edilib ki, saxlanılan şəxslərin azadlığa buraxılması təhlükəli olardı, çünki onlar vətəndaşlardan "oğru aləminə" pul ödəməsini tələb edə və yeni cinayət əməllərinə yol aça bilərdilər.
Həbs olunanlar arasında kriminal avtoritetlər – Zviad Plaçiaşvili ("Plaço"), Cema Celia, eləcə də "Çorna", "Çinka" və "Şkivia" ləqəbli şəxslər var. İstintaq onların telefon danışıqlarını dinləyib, gizli audio-video çəkilişlər aparıb və yeni "oğru söhbətləri"nin keçirilməsini planlaşdırdıqlarını müəyyən edib.
Rəsmi məlumata əsasən, kriminal avtoritetlər aylarla Tbilisidə gizli toplantılar təşkil edərək maliyyə mübahisələrini həll edib və "yığılan pulların" bir hissəsini xaricdəki "qanuni oğrulara" göndəriblər.
Lakin hüquq müdafiəçiləri qeyd ediblər ki, təqdim edilən telefon yazışmaları və audio sübutlar ekspertiza ilə tam təsdiqlənməyincə onların konkret şəxslərə aid olub-olmaması şübhə doğurur.
İstintaq hazırda Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə davam etdirilir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































