Əhalinin orta boyu və çəkisi açıqlandı - Maraqlı statistika

Əhalinin orta boyu və çəkisi açıqlandı - Maraqlı statistika

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 santimetr, orta çəkisi isə 69,7 kiloqram təşkil edir.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 15-19 yaşlı şəxslərin orta boyu 160,3 santimetr, çəkisi 53,6 kiloqramdır.

20-44 yaş qrupunda bu göstəricilər müvafiq olaraq 168,3 santimetr və 68,7 kiloqram, 45-64 yaş aralığında isə 168,4 santimetr və 74,3 kiloqramdır. Ümumilikdə, kişilərin orta boyu 171,5 santimetr, orta çəkisi 73,8 kiloqram, qadınlarda isə 163,7 santimetr və 66,1 kiloqramdır. 65 yaş və yuxarı şəxslərin orta boyu 167 santimetr, çəkisi isə 73,8 kiloqram təşkil edir.

Bundan başqa, ölkədə 15 yaşdan yuxarı əhalinin 9,8 faizinin artıq çəkiyə malik olduğu müəyyənləşib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az