Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitriy Artyuxov məlumat yayıb.
O bildirib ki, həmin tarixdən etibarən patent əsasında çalışan miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək.
Bununla belə, Dmitriy Artyuxov deyib ki, miqrantların inşaat sektorunda işləməsinə icazə veriləcək: “Hazırda tikinti sektorunda əcnəbi işçi qüvvəsi olmadan fəaliyyət göstərmək demək olar ki, mümkün deyil”.
Qeyd edək ki, Rusiyada miqrantların təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, mehmanxana və ictimai iaşə kimi yerlərdə işləməsinə qadağa qoyulub.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























