İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar.
"Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar", - deyə sürücülərdən biri bildirib.
Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara: "Xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin", - deyirlər.
Məlumat üçün əlavə edək ki, İran tərəfindən sürücülərimizə yaradılan maneələrlə bağlı Oxu.Az bir necə dövlət qurumuna sorğu göndərsə də, cavab ala bilməyib.
Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında "Tramp marşrutu"nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.
Azerbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































