Azərbaycanda evlənmək üçün müəyyən sənədlər toplamaq və tibbi müayinələrdən keçmək lazım olur.
Lakin bu tələblərin insanın yaşına və ya evlənənlərin yaş fərqinə görə dəyişə bilməsi haqqında fərqli düşüncələr var. Məsələn, 50 yaşında birinin evlənməsi zamanı tələb olunan sənədlər və tibbi analizlər gənc insanların evlənmə prosesində tələb olunanlardan fərqli olub-olmaması müzakirə olunan məsələlərdəndir. Bəs Azərbaycanda hansı yaşda evlilik zamanı qan analizinə, əlavə sənədlərə ehtiyac olmur?
Oxuməni.az “Publika.az”a istinadla xəbər verir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyindənə cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, evlənmək üçün yaş qrupundan asılı olmayaraq tələb olunan analizlərdə fərqlər yoxdur:
“Nikahın qeydə alınması üçün nikaha daxil olmaq istəyən şəxslərin yaşı və ya yaş fərqləri nəzərə alınmadan onların ərizələri, şəxsiyyətini təsdiq edən sənədlər, tibbi müayinədən keçmələrini təsdiq edən arayışlar və digər sənədlər (əvvəlki nikaha xitam verilməsi haqqında sənədlər, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni olması barədə sənədlər, eləcə də ailə vəziyyəti barədə arayışlar və s.) tələb olunur”.
Bununla yanaşı, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması nikahın bağlanması müddətinin qısaldılması üçün əsasdır:
“Belə ki, Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.9-cu bəndinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşı 50-dən yuxarı olduqda nikah ərizə verilən gün qeydə alına bilər”.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































