Sahibkar və estrada müğənnisi Emin Ağalarov Bakıda qumarxana açmaq planları ilə bağlı tənqidlərə cavab verib.Bu barədə “Minval.az” xəbər verir.
"21 yaşından kiçik heç kim kazinoya buraxılmayacaq. Və nəzərə almaq lazımdır ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. Mən gürcülərə pərəstiş edirəm və onları sevirəm, amma bu işi ölkəyə qaytarmaq istəyirəm,"- Emin Ağalarov İnstaqram sosial şəbəkəsində müvafiq video yayımlayaraq vurğulayıb.
Onun sözlərinə görə, bizim dövrümüzdə kazinosuz turizmin inkişafı dünya təcrübəsindən geri qalmağın göstəricisidir.
"Heç vaxt buraya gəlməyən əcnəbilərin burada oynamasını, beynəlxalq poker turnirlərinin keçirilməsini istəyirik. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı kazinoların sayına görə beşinci pillədə yer alacağıq. Bu, ilin sonuna kimi ən azı 12 beynəlxalq otel operatoru ilə müqavilə imzalamağa imkan verəcək ki, onların da çoxu bu gün Azərbaycanda yoxdur və “Sea Breeze”ə biznes inteqrasiya edir,"-o deyib.
İş adamı əlavə edib ki, mövsümdənkənar bu otellər turistlərlə dolu olacaq və turistlər də pul xərcləyirlər.
"Müvafiq olaraq, daha çox iş yerləri, dövlət üçün daha çox vergi və daha çox turist. Bu da ölkəmizin çiçəklənməsidir", - Ağalarov əmindir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























